Tramp ABŞ-nin nüvə sınaqları keçirəcəyini təsdiqləyib

Digər ölkələr
  • 03 noyabr, 2025
  • 05:22
Tramp ABŞ-nin nüvə sınaqları keçirəcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların nüvə sınaqları keçirəcəyini təsdiqləyib, lakin bunun döyüş başlıqlarının partladılması demək olub-olmadığını dəqiqləşdirməkdən imtina edib.

"Report"un məlumatına görə, ABŞ lideri bu açıqlamanı "CBS News"a müsahibəsində verib.

Tramp vurğulayıb ki, ABŞ onun necə işlədiyini görmək üçün nüvə silahlarını sınaqdan keçirməsi lazımdır. O qeyd edib ki, Rusiya sınaqdan keçirdiyini açıqlayıb, Şimali Koreya isə daim nüvə silahlarını sınaqdan keçirir.

"İstəmirəm ki, (bu silahları) sınaqdan keçirməyən yeganə ölkə biz olaq", - Tramp deyib.

Aparıcı Prezidentdən bunun ABŞ-nin 30 ildən çox müddətdən sonra döyüş başlıqlarının partladılmasına yenidən başlayacağı anlamına gəlib-gəlmədiyini soruşub. "Deyirəm ki, biz də digər ölkələr kimi nüvə silahlarını sınaqdan keçirəcəyik", - Tramp cavab verib.

Son xəbərlər

Bütün Xəbər Lenti