Tramp: ABŞ gömrük rüsumları xətti ilə 600 milyard dollar toplayıb

Digər ölkələr
  • 28 yanvar, 2026
  • 03:48
Tramp: ABŞ gömrük rüsumları xətti ilə 600 milyard dollar toplayıb

Gömrük rüsumlarının yığılması ABŞ-yə təxminən 600 milyard dollar qazandırıb.

"Report"un məlumatına görə, bunu ABŞ lideri Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Rüsumlar uğur üçün əvəzolunmazdır. Biz rüsumlardan 600 milyard dollar əldə etdik", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab etsə, administrasiya onların əvəzini tapacaq.

Xatırladaq ki, 2025-ci il aprelin 2-də Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumları tətbiq etdiyini açıqlamışdı. Sonradan prezident bir sıra ölkələrdən idxal olunan mallara tarif dərəcəsini dəyişmişdi.

Məhkəmə prosesi ABŞ hakimiyyətinə qarşı bir qrup biznes nümayəndəsinin iddia qaldırması ilə başlanmışdı. Onlar tariflərin qanunsuz olduğunu və özəl şirkətlərə zərər vurduğunu bildirmişdilər. 29 avqustda Kolumbiya Federal Dairə Apellyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox rüsumları tətbiq etmək üçün zəruri səlahiyyətlərə malik olmadığını bildirmişdi. ABŞ administrasiyası isə 4 sentyabrda bu qərarın ləğvi üçün Ali Məhkəməyə müraciət etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti