Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini əmr edib

Digər ölkələr
  • 26 mart, 2026
  • 08:47
Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini əmr edib

ABŞ Prezidenti Donald Tramp ölkədə silah istehsalının sürətləndirilməsi barədə əmr verdiyini açıqlayıb.

"Report" xəbər verir ki, o, bu açıqlamanı Respublikaçılar Partiyasının Nümayəndələr Palatasının kampaniya komitəsi tərəfindən təşkil edilən illik ianə toplama tədbirində verib.

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı barədə danışan Tramp iddia edib ki, ölkəsi ən yaxşı silahlara malikdir.

"Əgər fikir vermisinizsə, dedim ki, onu daha sürətli və daha çox miqdarda istehsal edin, çünki hamısının Amerikada istehsal olunmasına ehtiyacımız var", - deyə o bildirib.

Vaşinqton administrasiyası bu ayın əvvəlində "BAE Systems", "Boeing", "Honeywell Aerospace", "L3Harris Missile Solutions", "Lockheed Martin", "Northrop Grumman" və "Raytheon" da daxil olmaqla aparıcı silah istehsalçılarının nümayəndələrinin silah istehsalını dördqat artırmaq barədə razılığa gəldiyini açıqlayıb.