Texas Milli Qvardiyası federal məmurları qorumaq üçün digər ştatlara yerləşdirilir
- 07 oktyabr, 2025
- 09:00

ABŞ-nin Texas ştatının Milli Qvardiyasının hərbçiləri digər ştatlara cinayətkarlıqla mübarizədə federal hakimiyyətə kömək etmək üçün uçuşa hazırlaşırlar.
"Report"un məlumatına görə, bu barədə Texas qubernatoru Qreq Ebbot "Fox News" telekanalına müsahibəsində bildirib.
Əvvəllər ABŞ Prezidenti Donald Trampın Texasdan 400 Milli Qvardiya əsgərini digər ştatlarda yerləşdirmək üçün göndərməyi əmr etdiyi barədə məlumat verilib.
"Bir neçə dəqiqə əvvəl Texas ştatındakı elit Milli Qvardiya bölmələrimizin yerləşdirilməsinə başlanılıb, onlar ölkənin müxtəlif bölgələrinə uçacaqlar. Onlar Miqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarını və digər federal məmurları ABŞ qanunlarının icrasını təmin etməyə çalışarkən qorumaq üçün orada olacaqlar," – deyə qubernator Ebbot bildirib.