Tennessi ştatında zavodda baş verən partlayışda 16 nəfər həlak olub

Digər ölkələr
  • 12 oktyabr, 2025
  • 07:16
Tennessi ştatında zavodda baş verən partlayışda 16 nəfər həlak olub

Tennessi ştatında hərbi məqsədlər üçün partlayıcı maddə istehsal edən müəssisədə baş verən partlayış nəticəsində 16 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Associated Press (AP) məlumat yayıb.

Qeyd olunub ki, artıq hadisə ilə bağlı həlak olanların ailələrinə məlumat verilib.

Müstəntiqlər mümkün sübutlar üçün yanan binaya baxış keçirirlər; partlayışın səbəbi hələ müəyyən edilməyib.

Accurate Energetic Systems zavodunda partlayış oktyabrın 10-da səhər saatlarında baş verib. "NBC News"un verdiyi məlumata görə, peyk görüntüləri binanın səpələnmiş dağıntılarından başqa heç nə qalmadığını göstərir.

Accurate Energetic Systems hərbi, aerokosmik, mədənçıxarma və söküntü sənayesi üçün partlayıcı maddələr və enerji avadanlıqları istehsal edir.

Son xəbərlər

Bütün Xəbər Lenti