"Taliban" hökumətin hərbi helikopterini vurduğunu açıqlayıb
Digər ölkələr
- 27 iyul, 2021
- 09:00

“Taliban” qruplaşması Gilmend əyalətinin səmasında Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurduqlarını açıqlayıb.
“Report” xəbər verir ki, bunu qruplaşmanın nümayəndəsi Zabiullah Mücahid tviter səhifəsində yazıb.
“Gilmend əyalətinin Nad-e Əli rayonunun mərkəzinin yaxınlığında hərəkat üzvləri düşmənin hərbi helikopterini vurublar. Nad-e Əli rayonunun mərkəzi və polis rəisi də ələ keçirilib”, - o bildirib.
KİV-in məlumataına görə, Əfqanıstan Hərbi Hava Qüvvələrinin helikopteri “Taliban”a qarşı əməliyyatların gedişində texniki səbəbdən qəza enişi edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Hərbçilər göyərtədəkiləri təxliyə edib. Sonra isə helikopteri məhv ediblər.
Son xəbərlər
09:17
Masallıda 17 yaşlı oğlan su hövzəsində boğularaq ölüb
Hadisə09:12
Gənclər və İdman Nazirliyi "Səhər idmanı" layihəsinə start verib
Fərdi09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.09.2025)
Maliyyə09:05
Biləsuvarda yeniyetmə su kanalında boğulub
Hadisə09:03
Messi argentinalı futbolçunu yığmaya çağırılmamaqla hədələyib
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.09.2025)
Maliyyə08:53
Füzulinin Alxanlı kəndində taxıl sahəsi yanıb
Hadisə08:49
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Hadisə08:39