Tailandda “Omikron”dan ilk ölüm hadisəsi baş verib
Digər ölkələr
- 17 yanvar, 2022
- 09:22
Tailand hökuməti koronavirusun “Omikron” ştamından iki nəfərin öldüyünü bildirib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Natapanu Nopakun brifinqdə açıqlayıb.
Belə ki, yanvarın 12-də bir sıra xroniki xəstəlikləri olduğu 86 yaşlı qadın, ayın 15-də isə ağciyər xərçəngi xəstəsi 84 yaşlı qadın dünyasını dəyişib.
Koronavirusa ilk yoluxmanın 2020-ci il yanvarın 13-də qeydə alındığı ölkədə indiyədək 2,33 milyon nəfər yoluxub ki, bunların 21,9 mini ölüb. Hazırda 70 milyonluq əhalinin 47,5 milyonu tam peyvənd olub.
Son xəbərlər
03:15
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Digər ölkələr02:48
SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
Region02:20
Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB-3
Region02:20
Kavelaşvili: Azərbaycan və Türkiyə Gürcüstanın regional rolunu yüksək qiymətləndirir
Region01:51
ABŞ Rusiyanın ali məktəblərini milli təhlükəsizliyə təhdidlər siyahısına daxil edib
Digər ölkələr01:17
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
Region00:50
Tramp: Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək
Digər ölkələr00:21
Kavelaşvili: Sağlam müxalifətin olmaması siyasi proseslərə mane olur
Region00:00