Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb
Digər ölkələr
- 04 mart, 2021
- 23:37

Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib.
Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı nəticəsində YPG/PKK terrorçularından təmizlənib. Hazırda terrorçular qonşu Tell-Rifata nəzarət edirlər.
Son xəbərlər
16:23
"Yelo Bank" və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verib
Biznes16:20
Nepal Prezidenti istefa verib
Digər ölkələr16:18
Xamənei 3 min 458 məhkumu əfv edib
Region16:17
Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəmər partladılıb
Digər ölkələr16:16
"Sərhədçi" heyətini yerli basketbolçu ilə gücləndirib
Komanda16:16
Bolqarıstan millisinin baş məşqçisi istefa verib
Futbol16:15
"Hizbullah"ın tərksilah edilməsi bir neçə ay çəkə bilər
Digər ölkələr16:05
Komandan: Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır
Daxili siyasət16:03