Suriyada Rusiya vertolyotu atəşə tutulub
Digər ölkələr
- 03 noyabr, 2016
- 23:02
Bakı. 4 noyabr. REPORT.AZ/ Suriyada Rusiyaya məxsus vertolyot məcburi eniş edib, ərazi minaatanlardan atəşə tutulub. Heyət üzvləri arasında zərərçəkən olmayıb və onlar Xmeymim hərbi bazasına təxliyə olunublar.
"Report" xəbər verir ki, bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinə istinadən "İnterfax" məlumat yayıb.
"Vertolyot zərər çəkib və bu, onun müstəqil şəkildə baza aerodromuna qayıtmasına imkan verməyib. Heyət üzvləri zərər çəkməyib və operativ şəkildə axtarış-xilasetmə vertolyotu ilə Xmeymim aviabazasına aparılıb", - deyə Mərkəzin nümayəndəsi bildirib.
Beləliklə, Mərkəz İŞİD terrorçularının vertolyota açılan atəş nəticəsində Rusiya hərbçilərinin öldüyünə dair yaydığı məlumatı təkzib edib.
Son xəbərlər
17:50
Coratda dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib - YENİLƏNİB
Hadisə17:45
Rəqəmsal mühitdə uşaqlar: Hüquqi müdafiə niyə gücləndirilir?
Daxili siyasət17:44
Səlahət Ağayev: "Qəbələ" artıq mənim üçün doğma klubdur"
Futbol17:29
Tunis yığmasının 8 futbolçusunun orqanizmində istifadəsi qadağan olunmuş maddə tapılıb
Futbol17:28
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Hadisə17:28
Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İnfrastruktur17:26
Yeni prioritetlər: dövlət xidmətləri bir mərkəzdə cəmlənir - TƏHLİL
Analitika17:21
Foto
Stolüstü tennis üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib
Fərdi17:21
Foto