Suriyada prezident seçkilərinin vaxtı məlum oldu
Digər ölkələr
- 18 aprel, 2021
- 10:00
Suriyada növbəti prezident seçkiləri mayın 26-da keçiriləcək.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, bu barədə Xalq Şurası (parlament) qərar qəbul edib. Prezidentliyə namizədlərin irəli sürülməsi aprelin 19-da başlayacaq.
"26 may çərşənbə gününün Suriyada olan vətəndaşlar üçün prezident seçkiləri günü olmasına qərar verildi. Suriyanın xaricində olan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də, saat 07:00-dan diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel bazar ertəsi günü başlayır və 10 gün davam edəcək", - deyə parlament iclasında açıqlanan qərarda bildirilir.
Qeyd edək ki, Suriyada son prezident seçkiləri 2014-cü ildə keçirilib.
Son xəbərlər
03:26
Aİ Rusiya əleyhinə sanksiyaların müddətini uzadıb
Xarici siyasət03:15
Makron İsrailin Qəzza və Livandakı hərəkətlərini qəbuledilməz adlandırıb
Digər ölkələr03:08
DÇ-2026: Kanada - Qətər oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-4
Futbol02:37
Avropa müdafiə qabiliyyətini gücləndirir
Digər ölkələr02:33
Aİ liderləri: Hər hansı qərar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz
Digər ölkələr02:17
İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
Region02:13
Avstriya millisinin futbolçusunun dünya çempionatında çənə sümüyü sınıb
Futbol01:47
İsveçrə - Bosniya və Herseqovina oyununun ən yaxşısı müəyyənləşib
Futbol01:38