Suriyada məsciddə partlayış zamanı ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB-2
- 26 dekabr, 2025
- 16:37
Suriyanın Homs şəhərindəki İmam Əli məscidində baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, daha 18 nəfər yaralanıb.
"Report" "SANA" agentliyinə istinadən xəbər verir ki, yaralılar Homsda yerləşən xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyi bildirib ki, daxili təhlükəsizlik bölmələri dərhal hadisə yerinə gəlib və məscidin ətrafında barrikada qurub, müvafiq orqanlar isə bu cinayəti törədənlərin axtarışı üçün araşdırma və sübutların toplanmasına başlayıb.
İlkin məlumatlara görə, partlayış məscidin içində qoyulmuş partlayıcı qurğular səbəbindən baş verib.
Suriyada İmam Əli şiə məscidində baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb, 21 nəfər yaralanıb.
Bu barədə "Report" "SANA"ya istinadən xəbər verir.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, Homs şəhərinin rəsmiləri partlayışın məscidin içərisinə yerləşdirilmiş xüsusi hazırlanmış partlayıcı qurğu səbəbindən baş verdiyini təsdiqləyib.
Cinayətin motivləri və partlayışı törədən şəxslərin adları hələlik müəyyən edilməyib.
Naməlum şəxs Suriyanın Homs şəhərində İmam Əli məscidində cümə namazı zamanı partlayış törədib.
"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, üç nəfər ölüb, beş nəfər yaralanıb.