Suriya hərbçiləri Deyr-ez-Zorda terrorçu dəstəni zərərsizləşdirdi
Digər ölkələr
- 27 yanvar, 2021
- 03:33
Suriya ordusunun elit bölmələri Deyr-ez-Zor əyalətində əməliyyat keçirib və İŞİD qruplaşmasının terrorçu dəstəsini zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə SANA agentliyi bildirib.
Agentliyin məlumatına görə, silahlılar bir neçə dəfə Palmira - Deyr-ez-Zor şosesində hərbçilərin və dinc vətəndaşların olduğu avtobuslara hücumlar təşkil ediblər. Hərbçilər Əş-Şula oazisinin və Badia-eş-Şam səhrasındakı Kabajib oazisinin təmizlənilməsi zamanı dəstə üzvlərini güdüblər.
Qeyd edilir ki, əməliyyatın gedişatında beş silahlı öldürülüb. Hərbçilər hesab edirlər ki, terrorçular Suriya ərazisinə bu ölkənin İordaniya və İraqla sərhədlərinin birləşməsindəki Ət-Tanf rayonundan, ABŞ-ın və qərbyönlü koalisiyanın hərbi bazasından keçiblər.
Son xəbərlər
05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06
Hakan Fidan: Qəzzada sığınacaq imkanları yaradılmalıdır
Region03:35
Sibiqa: Moskva sülh səylərini rədd edir
Digər ölkələr03:06
Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik
İnfrastruktur02:49
Maduronun vəkili məhkəmədə Venesuela Prezidentinin immunitetini bəyan edib
Digər ölkələr02:30
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib
Digər ölkələr02:02