Suriya ordusu ABŞ-nin Əş-Şaddadi hərbi bazasını nəzarətə götürüb

Digər ölkələr
  • 15 fevral, 2026
  • 14:31
Suriya ordusu ABŞ-nin Əş-Şaddadi hərbi bazasını nəzarətə götürüb

Suriya ordusu Həsəkə vilayətində yerləşən ABŞ-nin Əş-Şaddadi hərbi bazasına nəzarəti ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə SANA-ya ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamaya görə, əməliyyat Amerika tərəfi ilə razılaşdırıldıqdan sonra həyata keçirilib.

Hərbi baza Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşir. Keçən ilin aprelində ABŞ "Suriya Demokratik Qüvvələri" (SDQ - PKK-nın Suriya qolu) qruplaşmasının nəzarətində olan bazadan hərbçi və döyüş texnikasının tədricən çıxarılmasına başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti