Şri-Lankada "Ditvah" qasırğası nəticəsində 410 nəfər ölüb

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 11:40
Şri-Lankada Ditvah qasırğası nəticəsində 410 nəfər ölüb

Şri-Lankada "Ditvah" qasırğası nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlar zamanı 410 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, daha 366 nəfər itkin düşüb.

Təbii fəlakət ölkənin 25 bölgəsini əhatə edib.

Ümumilikdə Şri-Lankada əlverişsiz hava şəraitindən 1 milyon 466 min 615 nəfər zərər çəkib.

Xilasetmə xidmətləri axtarış işlərini davam etdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti