"SpaceX" ABŞ-nin kəşfiyyat ehtiyacları üçün peyk daşıyan "Falcon 9" raketini buraxıb
Digər ölkələr
- 10 dekabr, 2025
- 04:14
"SpaceX" ABŞ-nin Hərbi Kosmik Milli Kəşfiyyat İdarəsinin ehtiyacları üçün peykləri olan "Falcon 9" raket daşıyıcısını işə salıb.
"Report"un məlumatına görə, buraxılış şirkətin "X"dəki səhifəsində yayımlanıb.
Raket yerli vaxtla saat 14:16-da (Bakı vaxtı ilə saat 23:16) Florida ştatının Kanaveral burnundan qalxıb. Uçuşdan bir neçə dəqiqə sonra "Falcon 9"un birinci mərhələsi uğurla yerə enib. Bu texnologiya "SpaceX"ə buraxılış xərclərini azaltmağa imkan verir.
NROL-77 missiyası "SpaceX"in bu il Hərbi Kosmik Milli Kəşfiyyat İdarəsi üçün üçüncü buraxılış olub.
ABŞ-nin kəşfiyyat peyklərinə nəzarət edən agentliyin fəaliyyəti olduqca məxfi saxlanılır. Peyklərin parametrləri və təsvirləri açıqlanmır.
Son xəbərlər
11:47
Foto
Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib
Hərbi11:46
"Laçın" tankeri ilə 464 min tondan çox neft və neft məhsulları daşınıb
İnfrastruktur11:44
EBRD Azərbaycandakı layihələrə təxminən 3,7 milyard dollar investisiya yatırıb
Maliyyə11:21
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Hadisə11:21
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini 13 % azaldıb
Biznes11:07
Gəncədə qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb
Hadisə11:01
Belarusun Milli Kitabxanası Azərbaycan bayrağının rənglərinə boyanıb
Xarici siyasət11:01
"Çelsi" Portuqaliya klubunun futbolçusunu heyətinə qata bilər
Futbol11:01
Foto