Sorğu: Hillari Klinton dörd ştatda liderdir
Digər ölkələr
- 15 iyul, 2016
- 13:46
Bakı. 15 iyul. REPORT.AZ/ Demokrat Partiyasından ABŞ prezidentliyə namizəd olan Hillari Klinton keçirilən sorğunun nəticələrinə əsasən, ABŞ-ın 4 ştatında liderdir.
"Report" CNN-ə istinadən xəbər verir ki, "Marist"in keçirdiyi sorğuya əsasən, H.Klinton Kolorado, Florida, Şimali Karolina və Virciniya ştatlarında Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı qabaqlayır.
H.Klinton Koloradoda 43% səslə D.Trampı (35%) üstələyir. Digər 3 ştatda faiz nisbəti belədir: Florida - 44%:37%, Şimali Karolina - 44%:38%, Virciniya - 44%:35%.
Qeyd edək ki, adları çəkilən ştatlar tarixən tərəddüd edən ştatlar sayılıb. Ona görə də orada keçirilən səsvermə seçkilərin ümumi nəticəsinə təsir göstərə bilər.
Son xəbərlər
20:25
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq
Xarici siyasət20:23
Putin: Açığın deyim ki, Zelenskinin məktubuna baxmağa macal tapmadım
Digər ölkələr20:20
Elşad Quliyev: Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik
Futbol20:15
Foto
Oğuzda qəza baş verib, xəsarət alanlar var
Hadisə20:12
Kostanyan: Ermənistan yaxın vaxtlarda Rusiya ilə ixrac məsələlərini tənzimləməyə ümid edir
Digər ölkələr20:10
MEDİA:İsrail-İran müharibəsində Azərbaycan ərazisindən istifadə ilə bağlı iddialar açıq manipulyasiyadır
Daxili siyasət20:02
Taleh Babayev: Bu qələbəni Azərbaycan xalqına həsr edirik
Futbol20:01
Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzub
İdman19:57