Slovakiya kəşfiyyatının başçısı və polisinin keçmiş rəhbəri həbs edilib
Digər ölkələr
- 03 dekabr, 2020
- 11:54
Slovakiya polisinin keçmiş rəhbəri Milan Luçanski, Kəşfiyyat və əks-kəşfiyyat Xidməti direktorunun müavini Boris Benya korrupsiyada şübhəli bilinərək həbs olunublar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
M.Luçanski dekabrın 2-də Xorvatiyaya qaçmışdı. Ancaq dekabrın 3-də Bratislavaya qayıdaraq polisə təslim olub. O, 2018-ci ilin iyunundan 2020-ci ilin avqustunadək Slovakiya polisinə başçılıq edib. Ölkənin M.Luçanskidən əvvəlki polis rəisi Tibor Gaspar da həbs olunub.
Boris Benya ilə birlikdə Slovakiya İnformasiya Xidmətinin (Kəşfiyyat və əks-kəşfiyyat Xidməti) yüksək vəzifəli daha 3 əməkdaşı da həbs edilib.
Onlar Slovakiyada kölgə iqtisadiyyatı ilə əməkdaşlıqda şübhəli bilinirlər.
Son xəbərlər
17:41
Foto
Azərbaycan və Böyük Britaniya süni intellekt üzrə birgə fəaliyyəti müzakirə edib
İKT17:40
Meksika Azərbaycana hərbi attaşe təyin edib
Xarici siyasət17:38
Fransa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb
Futbol17:33
Foto
Media nümayəndələri Xəzər Tibb Mərkəzi ilə tanış olublar
Sağlamlıq17:33
Britaniya muzeyindən 600-dən çox eksponat oğurlanıb
Digər ölkələr17:27
Oktyabrda BTC ilə neft ixracı 13 % azalıb
Energetika17:26
Foto
Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb
Xarici siyasət17:23
Taleh Kazımov: "Azərbaycanın qlobal kapital bazarlarına qoşulması ilə bağlı "Euroclear" və "Clearstream" ilə danışıqlar aparılır"
Maliyyə17:22
Foto