Silahlılar Nigerdə 14 hərbçini öldürüblər

Digər ölkələr
  • 01 avqust, 2026
  • 18:35
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər

Nigerin cənub-şərqində, Çad gölü rayonunda silahlıların hücumu nəticəsində azı 14 hərbçi həlak olub.

"Report" xəbər verir ki, bu barədə "ActuNiger" portalı məlumat yayıb.

Məlumata görə, bir qrup silahlı Diffa bölgəsindəki ordu mövqelərinə hücum edib, lakin hücum dəf edilib. Geri çəkilən hücumçuları təqib edərkən hökumət qüvvələrinin bölməsi mühasirəyə düşüb.

Döyüş zamanı bir neçə silahlı məhv edilib, onların dəqiq sayı müəyyənləşdirilir.

Nəşrin məlumatına görə, hücumu Çad gölü rayonunda fəaliyyət göstərən "Boko haram" radikal qruplaşmasının üzvləri həyata keçirib.