Səudiyyə Ərəbistanı İraqda yenidən səfirlik açır
Digər ölkələr
- 03 yanvar, 2015
- 13:44
Bakı. 3 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İraqın paytaxtı Bağdad şəhərində yenidən səfirlik, Ərbil şəhərində isə konsulluq açacaq. "Report"un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) məlumat yayıb.
Xəbərdə hər iki ölkə arasında bununla bağlı razılaşma əldə olunduğu bildirilib.
Məlumatda həmçinin uzunmüddətli fasilədən sonra Səudiyyə Ərəbistanının İraqda yenidən açılması planlaşdırılan diplomatik missiyalarının texniki infrastruktur işləri ilə bağlı nümayəndə heyətin bu həftə Bağdada göndəriləcəyi qeyd olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1990-cu ildə Səddam Hüseyn dövründə İraqın Küveyti işğal etməsi və rəsmi ər-Riyadı təhdid etməsi səbəbindən Bağdaddakı səfirliyini bağlamışdı.
Son xəbərlər
03:11
CENTCOM: İranla əlaqəli səkkiz gəmi ələ keçirilib
Digər ölkələr02:45
"Xatəm əl-Ənbiya": ABŞ bizi nüvə obyektlərinə hücumla hədələyir
Region02:17
"Bloomberg": ABŞ ordusu Britaniya bazalarından İrana hücum edə bilər
Digər ölkələr01:50
Foto
Bakalavrlar ADPU-da 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər
Elm və təhsil01:22
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olunub
Digər ölkələr01:20
Heqset: ABŞ İrana qarşı əməliyyatda 37 milyard dollardan çox xərcləyib
Digər ölkələr00:52
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Energetika00:24
Moldova parlamenti yeni hökumətin tərkibini təsdiqləyib
Digər ölkələr00:00