Şərqi Avropa ölkələrinin müdafiə məsələlərinə həsr olunan sammiti keçiriləcək

Digər ölkələr
  • 24 oktyabr, 2025
  • 09:57
Şərqi Avropa ölkələrinin müdafiə məsələlərinə həsr olunan sammiti keçiriləcək

Finlandiya Baş naziri Petteri Orpo dekabrın 16-da ölkənin "Eastern Flank" (Şərq cinahı) sammitinə ev sahibliyi edəcəyini bildirib.

"Report" "Yle" nəşrinə istinadən xəbər verir ki, bu barədə P.Orpo Brüsseldə Avropa İttifaqı (Aİ) sammitinin başa çatmasından sonra məlumat verib.

Görüşün Helsinkidə keçiriləcəyi ehtimal olunur.

Tədbirdə Baltik ölkələri, Polşa, Rumıniya və Bolqarıstan - yəni Aİ-nin şərq sərhədlərində yerləşən dövlətlər iştirak edəcəklər.

Sammitin əsas məqsədi şərq sərhədlərinin müdafiəsinin gücləndirilməsi üzrə praktik əməkdaşlığa başlamaq, həmçinin Aİ-nin növbəti çoxillik büdcəsi çərçivəsində bu təşəbbüslərin maliyyələşdirilməsi məsələlərini müzakirə etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti