Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
Digər ölkələr
- 06 mart, 2025
- 20:28
Serbiya Prezidenti Aleksandr Vuçiç martın 7-də Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyinə ümidvar olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə Serbiya KİV məlumat yayıb.
“Sabah günorta Putinlə danışacağam”, - Vuçiç deyib.
Onun sözlərinə görə, Serbiya ilə Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə qaz təchizatı məsələsinin, Serbiyanın NİS enerji şirkəti ətrafındakı vəziyyətin, eləcə də bir sıra siyasi məsələlərin müzakirəsi planlaşdırılır.
Vuçiç qeyd edib ki, danışıqları təkcə öz adından deyil, həm də Serb Respublikasının (Bosniya və Herseqovinanın bir hissəsi) Prezidenti Milorad Dodikin adından aparacaq.
Son xəbərlər
10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region10:01
Foto
Hacıqabulda qəzada xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Hadisə09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10
Messi dünya çempionatları tarixində ilkə imza atıb
İdman08:58
DÇ-2026: FİFA İngiltərə millisinin Norveçlə oyununda ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39