Rusiyanın Ternopol şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 31-ə çatıb
Digər ölkələr
- 21 noyabr, 2025
- 14:49
Rusiyanın Ukraynanın qərbindəki Ternopol şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 31-ə çatıb.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Milli Polisinin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, dağılmış binanın qalıqları altından xilasedicilər daha üç nəfərin - bir qadın və iki uşağın meyitini çıxarıblar.
"Ölənlərin sayı 31-dir, onlardan altısı uşaqdır. Yaralananların sayı 94-dür, o cümlədən 18-i uşaqdır", - qurumdan bildirilib.
Eyni zamanda qeyd olunub ki, ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hələ də itkin düşmüş hesab edilən insanların axtarışı davam edir.
Son xəbərlər
11:16
Kobaxidze: Xarici tələbələr Gürcüstan iqtisadiyyatına 1,2 milyard lari töhfə verir
Region11:10
Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib
Region11:09
Mariyana Kuyundziç: "Aİ Azərbaycanın Merlər Razılaşmasına qoşulmuş bələdiyyələrini dəstəkləyir"
Energetika11:09
Fərid Axundov: "Bakı Fond Birjası" transformasiya mərhələsindədir"
Maliyyə11:05
Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir
Xarici siyasət11:03
Keçən ay Azərbaycanda 3800 şəxsə əlillik təyin edilib
Sosial müdafiə11:02
Azərbaycan bankı bu il ödəyəcəyi dividendin məbləğini açıqlayıb
Maliyyə11:01
Buzovna qəsəbəsində işıq olmayacaq
Energetika11:00