Rusiya XİN Estoniya diplomatını ölkədən çıxarır

Digər ölkələr
  • 04 sentyabr, 2025
  • 14:52
Rusiya XİN Estoniya diplomatını ölkədən çıxarır

Rusiya cavab tədbiri olaraq Estoniya diplomatını Moskvadan çıxarır.

"Report" xəbər verir ki, bu barədə sentyabrın 4-də Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dəqiqləşdirilir ki, nazirlik Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuhtegini çağırıb. Ona Tallindəki Rusiya diplomatik nümayəndəliyinin diplomatının "persona non-grata" elan edilməsindən sonra qəti etiraz bildirilib.

"Qarşılıqlı prinsipindən çıxış edərək, Rusiya tərəfi Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının ölkədən çıxarıldığını bəyan edib", - məlumatda qeyd olunur.

Estoniya tərəfinə, həmçinin Tallinin hər hansı düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı çatdırılıb.

Qeyd edək ki, avqustun 13-də Estoniya XİN Rusiya səfirliyinin birinci katibinin "Estoniya dövlətinin konstitusiya quruluşunu və hüquq sistemini pozmaqda iştirak etdiyi" üçün ölkədən çıxarıldığını elan edib. Eyni zamanda, Estoniyanın xarici siyasət idarəsi Rusiya diplomatik missiyasını ölkənin daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb.