Rusiya və İran 2026-2028-ci illər üçün diplomatik qurumların məsləhətləşmələri planını imzalayıb

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 16:07
Rusiya və İran 2026-2028-ci illər üçün diplomatik qurumların məsləhətləşmələri planını imzalayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi 2026-2028-ci illər üçün diplomatik qurumların məsləhətləşmələri planını imzalayıblar.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, sənəd Moskvada keçirilən danışıqların yekununda imzalanıb.

Plan üç il ərzində hər iki ölkənin xarici siyasət səylərinin müntəzəm qarşılıqlı əlaqəsini və koordinasiyasını nəzərdə tutur.

S.Lavrov, həmçinin vurğulayıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi Rusiya və İran prezidentlərinin nəzarətindədir.

Bundan əlavə, o qeyd edib ki, Rusiya İranın nüvə proqramı üzrə məqbul həllərin tapılmasında Tehrana yardım göstərməyə hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti