Rusiya Ukraynaya onlarla dron buraxıb, Odessa elektriksiz qalıb
Digər ölkələr
- 11 oktyabr, 2025
- 11:11

Ukrayna ölkənin müxtəlif rayonlarına buraxılmış Rusiyaya məxsus onlarla pilotsuz uçuş aparatını (PUA) vurub.
"Report" xəbər verir ki, bu barədə yerli KİV Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
"İlkin məlumatlara görə, hava hücumundan müdafiə tərəfindən ölkənin şimalında, cənubunda və şərqində "Shahed", "Gerbera" tipli və digər növ dronlardan ibarət 54 düşmən PUA-sı vurulub", - məlumatda bildirilib.
Eyni zamanda, KİV Odessaya dron hücumları nəticəsində şəhərdə elektrik və su təchizatı ilə bağlı problemlərin qeydə alındığını yazıb.
Hücumlar nəticəsində bir nəfər xəsarət alıb.
Son xəbərlər
16:03
Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək
İnfrastruktur15:50
Azərbaycan - Şotlandiya oyununun hakimləri açıqlanıb
Futbol15:48
Orban Aİ-nin hərbi planlarına qarşı imza toplanmasına başlandığını bəyan edib
Digər ölkələr15:44
Foto
Bakıda "Women in Cyber" Beynəlxalq Konfransı keçirilib
İKT15:41
İran səfiri: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi çox önəmlidir
Xarici siyasət15:38
Foto
Qaradağda palçıq vulkanının aktivliyi dayanıb
Ekologiya15:33
Azərbaycan və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Xarici siyasət15:33
Azərbaycan boksçuları Özbəkistanda təlim-məşq toplanışı keçəcəklər
Fərdi15:29