Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib

Digər ölkələr
  • 04 mart, 2026
  • 12:13
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib

Rusiya qoşunları Ukraynanın Xarkov, Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 29 nəfər xəsarət alıb.

Bu barədə "Report" Ukrayna mediasına istinadən xəbər verir.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, Rusiya qoşunlarının vilayətə endirdiyi zərbələr nəticəsində 15 nəfər xəsarət alıb.

"Rusiyanın hücumları nəticəsində 15 nəfər yaralanıb, onlardan ikisi uşaqdır", - o, Telegram-da yazıb.

Prokudin vurğulayıb ki, Rusiya qoşunları vilayətin müxtəlif yaşayış məntəqələrində yaşayış məhəllələrinə, kritik və sosial infrastruktur obyektlərinə hücum edib. Nəticədə yeddi çoxmənzilli və yeddi fərdi ev, kommunal müəssisənin binası, eləcə də bir neçə şəxsi avtomobil zədələnib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov son sutka ərzində Rusiya qoşunlarının idarə olunan aviabombalar və müxtəlif növ PUA-larla Xarkova və vilayətin daha 12 yaşayış məntəqəsinə zərbələr endirdiyini bildirib.

"Nəticədə 12 nəfər xəsarət alıb, onlardan biri uşaqdır", - Sinequbov Telegram kanalında yazıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov vilayətə hücumlar nəticəsində iki nəfərin yaralandığını qeyd edib.

"Son sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 36 yaşayış məntəqəsinə 600-dən çox atəş açıb, nəticədə iki nəfər xəsarət alıb", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti