Rusiya səfiri dron hücumları ilə bağlı Moldova XİN-ə çağırılacaq

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 16:14
Rusiya səfiri dron hücumları ilə bağlı Moldova XİN-ə çağırılacaq

Moldova Xarici İşlər Nazirliyi (XİN) dronların ölkənin hava məkanını pozması səbəbindən sabah Rusiya səfirini çağıracaq.

"Report" xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.

"Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanının bir neçə dron tərəfindən ciddi şəkildə pozulmasını, o cümlədən onlardan birinin yaşayış məntəqəsində düşməsini - vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaradan hadisəni qətiyyətlə pisləyir", - məlumatda bildirilib.

Rusiya səfiri baş verənləri aydınlaşdırmaq üçün sabah Moldova XİN-ə çağırılacaq.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Ukraynaya qarşı gecə saatlarındakı hücumu zamanı dörd "Shahed" pilotsuz uçuş aparatı Moldova və Rumıniya hava məkanını pozub. Onun sözlərinə görə, dronların uçuş vaxtı dəqiq qeydə alınıb, lakin marşrutun digər təfərrüatları açıqlanmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti