Rusiyanın hücumundan sonra Ukraynanın sənaye və enerji obyektləri zədələnib
- 05 oktyabr, 2025
- 16:05

Ukraynanın Lvov vilayətində Rusiya Ordusunun hücumu nəticəsində sənaye və enerji obyektləri zərər görüb.
"Report" xəbər verir ki, bu barədə vilayət prokurorluğu sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, partlayışlardan sonra qaz anbarında yanğın qeydə alınıb, lakin təfərrüatlar açıqlanmayıb.
Lvovun meri Andrey Sadovı şəhərdəki vəziyyəti çox çətin adlandırıb. Onun sözlərinə görə, partlayışlardan sonra şəhərin bir hissəsi işıqsız qalıb, yeddi müəssisədən çoxu zədələnib. Şəhərdə bir neçə irimiqyaslı yanğın baş verib, bu səbəbdən sakinlərə pəncərələri bağlamaq və təhlükəsiz yerlərdə qalmaq tövsiyə olunub.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanı ölkənin enerji obyektlərinə kütləvi zərbələr endirməklə havanın soyumasını silaha çevirmək cəhdində ittiham etmişdi.