Rusiya hərbçiləri Suriyada yaralanıb
Digər ölkələr
- 29 dekabr, 2020
- 19:06
Rusiyanın hərbi polisinin 3 əməkdaşı Suriyada, İdlib deeskalasiya zonasında atəş nəticəsində yüngül xəsarətlər alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.
Onun sözlərinə görə, hadisə İdlib deeskalasiya zonasının cənub-şərq hissəsində, Trumba yaşayış məntəqəsi ərazisində, saat 15:45-də olub.
Rusiya hərbi polisinin BTR-82A zirehli avtomobili quldur dəstələrinin nəzarəti altında olan ərazidən tank əleyhinə idarə olunan raketdən atəşə tutulub. Raketin zirehli maşına düşməsi nəticəsində Rusiyanın 3 hərbi qulluqçusu yüngül xəsarətlər alıb. Hərbi qulluqçuların həyatı üçün təhlükə yoxdur.
Son xəbərlər
17:32
Azərbaycanda siqaret istehsalı 20 %-ə yaxın artıb
Sənaye17:26
İran yenidən Hörmüz boğazını bağlayıb
Digər ölkələr17:21
Foto
İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
Xarici siyasət17:16
"Zirə" Ayron Qomislə yollarını ayırıb
Futbol17:10
Azərbaycanda ötən gün axtarışda olan 148 nəfər tapılıb
Hadisə16:43
Urmiya gölündə suyun həcmi 18 dəfə artıb
Region16:40
Budanov Varşavanın Zelenski ilə bağlı qərarına etiraz olaraq Polşanın dövlət mükafatından imtina edib
Digər ölkələr16:32
"Neftçi" braziliyalı futbolçu Qustavo Klismanla müqavilə imzalayıb
Futbol16:22