Suriya hüquq müdafiəçiləri: "Rusiya hərbçiləri Suriyada 3 804 dinc sakin öldürüb"
Digər ölkələr
- 30 sentyabr, 2016
- 16:12
Bakı. 30 sentyabr. REPORT.AZ/ "Rusiya hərbçiləri bir il ərzində Suriyada 3 804 dinc sakini öldürüb".
"Report" "newsru.co.il"ə istinadən xəbər verir ki, bu məlumatı Suriyada İnsan Haqlarının Müşahidəsi ("The Syria Observatory for Human Rights" - SOHR) yayıb.
Məlumata görə, ötən ilin sentyabrın 30-dan başlayaraq Rusiya döyüş təyyarələrinin bombardmanı nəticəsində 9 364 nəfər ölüb. Onların 3 804 dinc sakindir: "Bunlardan 906 nəfəri 18 yaşdan kiçikdir. Öldürülənlərin qalanları - 2 746-sı terrorçu İŞİD silahlısı olmaqla müxtəlif qruplaşmalara aiddir."
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ötən bir ildə Suriyada 20 rusiyalı hərbçi həlak olub.
Xatırladaq ki, 2015-ci il sentyabrın 30-da Rusiya Suriyaya müdaxilə edib.
Son xəbərlər
16:40
Avropa çempionu olan Zəhra Quliyeva: "Məşqçilərə verdiyim sözü tutduğum üçün çox sevinirəm"
Fərdi16:34
Ukrayna Krımda və Zaporojye vilayətində iki körpüyə zərbə endirib
Digər ölkələr16:34
Marta Kos: Aİ Türkiyədə intermodal nəqliyyat xidmətlərinin inkişafı üzrə layihəni başa çatdırıb
Region16:31
Baş Ələt stansiyasının yolları yenidən qurulur
İnfrastruktur16:30
"Karvan-Yevlax"dan ayrılan Eltun Turabov "Səbail"ə keçib
Futbol16:25
Azərbaycanda uyğunluğu qiymətləndirilməmiş malın istehsal, satış, idxal və istifadəsi qadağan edilir
Biznes16:16
Astanada iki medal qazanan Minayə Əkbərova: "Finalda iranlı rəqibimə 12:0 hesabı ilə qalib gəldim"
Fərdi16:16
"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun icrası ilə bağlı bəzi qanunlara dəyişiklik təsdiqlənib
Daxili siyasət16:15