Rumıniyada hoteldə hovuzun tavanı çöküb, yeddi nəfər xəsarət alıb
Digər ölkələr
- 23 dekabr, 2025
- 23:36
Rumıniyanın Sibiu şəhərindəki beşulduzlu Hilton hotelinin hovuzunda tavan çökdükdən sonra dördü uşaq olmaqla 6 nəfər xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar üzrə müfəttişliyi məlumat yayıb.
"Hadisə nəticəsində yeddi nəfər yaralanıb. Yetkinlik yaşına çatmayan 4 şəxs yüngül xəsarətlər alıb və tibbi yardım göstərilməsi üçün şəhər xəstəxanasına aparılıb. 45 və 42 yaşlı şəxs isə çoxsaylı xəsarətlər alıblar. Onlar da xəstəxanaya çatdırılıblar. Xəsarət alanlardan birinə hadisə yerində tibbi yardım göstərilib", - məlumatda deyilir.
Alçipandan hazırlanan təxminən 120 kv.metr tavan hovuza düşüb. Polis cinayət işi açıb və baş verənlərin səbəblərini araşdırır.
Son xəbərlər
03:17
Ali Məhkəmə Trampın hərbçiləri Çikaqoya yerləşdirmək istəyinə qarşı çıxıb
Digər ölkələr02:44
BMT ABŞ və Venesuelaya vasitəçilik təklif etməyə hazırdır
Digər ölkələr02:05
Al Hadath: Türkiyədə qəzaya uğrayan təyyarədə elektrik nasazlığı yaranıb
Region01:45
Foto
Sumqayıtda bir neçə gün öncə ölən kişinin meyiti aşkarlanıb
Hadisə01:41
Liviya təyyarə qəzasını araşdırmaq üçün Ankaraya mütəxəssislər göndərəcək
Digər ölkələr01:24
Liviyada Baş Qərargah rəisinin ölümü ilə bağlı üç günlük matəm elan edilib
Digər ölkələr01:00
Türkiyə prokurorluğu Liviya təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb
Region00:40
WSJ: ABŞ Karib dənizi bölgəsinə əlavə qüvvələr cəlb edib
Digər ölkələr00:17