Roma Papası koronavirus əleyhinə peyvənd olunacaq
Digər ölkələr
- 10 yanvar, 2021
- 01:34
Roma Papası Fransisk gələn həftə koronavirus əleyhinə peyvənd ediləcək.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, Papa peyvənd edilməyin zəruriliyini bildirib. O, qeyd edib ki, bu, etik nöqteyi-nəzərdən lazımdır. Çünki belə insan yalnız özünü müdafiə etmir, həm də başqasını qoruyur.
"Gələn həftə biz burada - Vatikanda vaksinləməyə başlayacağıq və mən yer saxladım. Belə etmək belə lazımdır", - pontifik deyib.
Pandemiyanın başlanğıcından dünyada 89 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 64 milyon pasiyent sağalıb, 1,9 milyondan çox insan ölüb.
Son xəbərlər
01:08
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol01:02
Qahirədə Afrika və ərəb ölkələrinin problemləri müzakirə olunub
Digər ölkələr00:55
Qrem Potter: "Müdafiədə bu qədər boşluq buraxıb qələbəyə ümid edə bilməzsiniz"
Futbol00:32
Ronald Kuman: "İsveçlə oyunda mütləq qələbə qazanmalıydıq"
Futbol00:26
AP: İran hesab edir ki, ABŞ-nin hərbi hücumları bərpa olunmayacaq
Digər ölkələr23:56
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Digər ölkələr23:49
İsrailin Qəzzaya zərbəsi zamanı "Al Jazeera"nın jurnalisti həlak olub
Digər ölkələr23:26
Kodi Qakpo Niderland - İsveç matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:13