Rebekа Qrinspan: Dünya qlobal böhranın astanasındadır
- 15 mart, 2026
- 12:09
Dünya qlobal böhranın astanasındadır və indi BMT üçün hərəkətə keçmək vaxtıdır.
"Report"un məlumatına görə, bunu BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekа Qrinspan XIII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal turbulentliyə reaksiya" mövzusunda sessiyanın açılışında bildirib.
"Hesab edirəm ki, BMT-nin hərəkət etməsi üçün kritik məqamdır. Biz qlobal böhranın astanasındayıq və bu böhran yenə ən həssas ölkələrə zərbə vuracaq. Onlar yalnız enerji problemləri ucbatından deyil, həm də gübrə və ərzaq qiymətlərinin artması səbəbindən zərər çəkəcəklər. Gübrə tədarükü ilə bağlı problemlər gələcəkdə ciddi ərzaq böhranına gətirib çıxara bilər", - R.Qrinspan qeyd edib.
Onun sözlərinə görə, 80 il ərzində BMT və onun xidmət etdiyi dövlətlər davamlı sülh yolunda böyük irəliləyiş əldə ediblər: "Milyardlarla insan yoxsulluqdan çıxarılıb, təcili humanitar yardım göstərilib, kövrək atəşkəs rejimləri qorunub, qarşılıqlı faydalı əməkdaşlıq formatları yaradılıb".