Raul Kastro Roma papası ilə görüşəcək
Digər ölkələr
- 06 may, 2015
- 06:12
Bakı. 6 may. REPORT.AZ/ Mayın 10-da Kuba lideri Raul Kastro Vatikanda Roma papası I Fransisk ilə qeyri-rəsmi görüş keçirəcək. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Aprel ayında məlum olub ki, Roma papası I Fransisk bu ilin sentyabr ayında Kubaya səfər edəcək. Pontifikin "geniş səfər" proqramının daha sonra açıqlanacağı haqqında məlumat verilib.
Həmçinin nəzərdə tutulub ki, I Fransisk sentyabrın 22-27-də ABŞ səfəri zamanı Vaşinqton, Nyu-York və Filadelfiyada olacaq. Roma Katolik kilsə rəhbərinin sentyabrın 22-də axşam Vaşinqtona gələcəyi, ertəsi gün isə Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcəyi gözlənilir.
2012-ci ildə Kubaya Roma papası XVI Benedikt, 1998-ci ildə isə - papa II İoann Pavel səfər edib.
Son xəbərlər
03:56
Türkiyədə kişi çayda boğulan oğlunu xilas etmək istəyəndə axına düşüb
Region03:27
Tramp Venesuelanın xəritəsini yenə "51-ci ştat" yazısı ilə paylaşıb
Digər ölkələr02:58
Əraqçi: ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab veriləcək
Region02:31
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
Digər ölkələr02:02
Video
Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib
Region01:33
Peruda təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub
Digər ölkələr01:11
Fransanın Baş naziri ölkədəki meşə yanğınlarının nəzarət altına alındığını bildirib
Digər ölkələr00:42
Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib
Region00:13