Qvineya-Bisauda əhalinin sosial şəbəkələrə girişi məhdudlaşdırılıb

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 11:29
Qvineya-Bisauda əhalinin sosial şəbəkələrə girişi məhdudlaşdırılıb

Qvineya-Bisaunun hərbi hakimiyyəti telekommunikasiya şirkətlərinə "YouTube" videohostinqi, "TikTok" və "Facebook" sosial şəbəkələrinə girişi müvəqqəti məhdudlaşdırmağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Democrata" qəzeti məlumat yayıb.

"Milli təhlükəsizliyin və ictimai asayişin bərpası üzrə Ali Hərbi Komandanlıq ölkədə fəaliyyət göstərən telekommunikasiya şirkətlərinə müəyyən rəqəmsal platformalara, xüsusilə "Facebook", "TikTok" və "YouTube"a girişin müvəqqəti olaraq dayandırılmasını tapşırıb", - nəşr qeyd edib.

Məqsəd zorakılığa və dezinformasiyaya səbəb ola biləcək məlumatların yayılmasının qarşısını almaqdır.

Xatırladaq ki, ötən gün Qvineya-Bisaunun hazırkı rəhbəri Umaro Sissoku Embalo dövlət çevrilişi nəticəsində prezident sarayındakı kabinetində həbs olunduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti