“Qüds” xüsusi hərbi birləşməsinə yeni komandir təyin edilib
Digər ölkələr
- 03 yanvar, 2020
- 11:08
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin yeni komandiri briqada generalı İsmayıl Kaani olub.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə sərəncamı İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.
İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.
Xatırladaq ki, “Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.
Son xəbərlər
07:35
ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:32
Bakı və Abşeronda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika07:14
SEPAH: Aviabazanın yanacaq çənləri və silah-sursat anbarları yandırılıb
Region06:45
Meksikada yol-nəqliyyat hadisəsində azı 16 nəfər həlak olub
Digər ölkələr06:20
ABŞ-nin Bəhreyn və Küveytdəki bazaları atəşə tutulub - YENİLƏNİB
Region06:17
ABŞ-nin hücumu nəticəsində Xuzistanda ölən və yaralananlar var
Region05:33
Foto
FIFA-nın komitə rəhbəri Baloqanın diskvalifikasiyasını şəxsən ləğv edib
Futbol05:05
WP: ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər
Digər ölkələr04:36