Qırğızıstan Prezidenti Pakistana dövlət səfəri edəcək
- 03 dekabr, 2025
- 10:14
Qırğızıstan Prezidenti Sadır Japarov 3-4 dekabr tarixlərində Pakistana dövlət səfəri edəcək.
"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip məlumat verib.
Dövlət səfəri çərçivəsində S.Japarov Baş nazir Şahbaz Şərif, Prezident Asif Əli Zərdari, Milli Assambleyanın (parlamentin aşağı palatası) sədri Sardar Ayaz Sadiq və Senatın (parlamentin yuxarı palatası) sədri Yusuf Rza Gilani ilə ikitərəfli danışıqlar aparacaq.
Tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini və münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, dövlət səfəri çərçivəsində Qırğızıstan-Pakistan biznes forumu keçiriləcək.
Qırğızıstan Prezidenti sonuncu dəfə 2005-ci ildə Pakistanda rəsmi səfərdə olub.