Qəzzada qaçırılmış israillilərin meyitləri tapılıb

Digər ölkələr
  • 14 oktyabr, 2023
  • 01:38
Qəzzada qaçırılmış israillilərin meyitləri tapılıb

İsrail Müdafiə Ordusunun (İMO) hərbçiləri reyd zamanı Qəzza zolağında HƏMAS-ın daha öncə qaçırdığı israillilərin bəzilərinin meyitlərini tapıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Haaretz” qəzeti yazıb.

“Son 24 saatda Qəzza zolağında keçirilmiş reyd zamanı İMO-nun piyada və tank qoşunları itkin düşmüş israillilərin meyitlərini və HƏMAS tərəfindən qaçırılan israilliləri azad etməyə kömək edə biləcək əşyaları tapıb”, – nəşr qeyd edib.