Qəzzada “HƏMAS”ın qurucularından biri öldürülüb
Digər ölkələr
- 28 iyun, 2025
- 22:29
İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində radikal “HƏMAS” hərəkatının qurucularından birini zərəsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusunun hava hücumu nəticəsində Qəzza şəhərinin Sabra bölgəsində HƏMAS-ın qurucularından biri Haham Məhəmməd İsa əl-İssaya öldürülüb.
O, 2023-cü il oktyabrın 7-dən əvvəl təşkilatda rəhbər vəzifələrdə çalışan və Qəzza zolağında qalan HƏMAS-ın sonuncu yüksək vəzifəli şəxslərindən biri olub. Həmçinin oktyabrın 7-də Qəzza zolağından İsrailin sərhəd şəhərlərinə hücumunun planlaşdırılmasında və həyata keçirilməsində mühüm rol oynayıb.
Son xəbərlər
13:41
Hövsanın bəzi hissəsində su kəsiləcək
İnfrastruktur13:41
Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH
Analitika13:31
Marius Mitu: "Birbaşa Bakı" Çempionlar Liqasında hər matçı qazanmaq üçün mübarizə aparacaq"
Futbol13:28
KOBİA: "Gəncə KOB evi"ndə sahibkarlara 2 000-dən çox xidmət göstərilib
Biznes13:28
Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqlənib
Maliyyə13:25
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
İnfrastruktur13:21
Fransada meşə yanğınları ilə əlaqədar 375 nəfər saxlanılıb
Digər ölkələr13:19
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Maliyyə13:15