Qəzza zolağının texnokrat başçısı razılaşdırılıb
Digər ölkələr
- 09 dekabr, 2025
- 12:14
Fələstin Administrasiyası və HƏMAS Qəzza zolağının idarə edilməsi üçün yeni texnokrat komitənin rəhbərinə namizəd məsələsində razılığa gəliblər.
"Report" xəbər verir ki, məlumatı Fələstin administrasiyası yayıb.
Bildirilib ki, bu vəzifəyə Fələstin Muxtariyyətinin səhiyyə naziri Məcid Əbu Ramadan təyin ediləcək. Təyinatın rəsmi elan ediləcəyi tarix hələ açıqlanmayıb.
Məcid Əbu Ramadan 2005-2008-ci illərdə Qəzza şəhərinin meri olub. 2024-cü il martın 31-də o, Fələstin Muxtariyyətinin səhiyyə naziri təyin edilib. HƏMAS-İsrail müharibəsinin əvvəlində Əbu Ramadan anklavda təxminən 70 gün qalıb.
O, 2018-ci ildə Böyük Britaniyanın Müqəddəs İoann Ordeni alıb, Müqəddəs İoann Ordeninin Cəngavəri tituluna layiq görülüb.
Son xəbərlər
14:04
"Araz-Naxçıvan" klubu yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq
Futbol14:02
Bank rəhbəri: "Bu il Azərbaycanın EDB-yə mümkün üzvlüyü ilə bağlı danışıqlar davam edəcək"
Maliyyə14:01
Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var
Elm və təhsil13:58
Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında yeni dövrün əsasını qoyan hadisə olub
Xarici siyasət13:55
Elxan Məmmədov: "Avropa Açıq Turnirində ikinci olmaq Azərbaycan cüdosunun növbəti uğurudur"
Fərdi13:47
Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir
Xarici siyasət13:44
MOK rəsmisi Anar Bağırov İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
Fərdi13:39
Kasım-Jomart Tokayev: "Türk Dünyası Həftəsi"nin keçirilməsi təşəbbüsünə görə İlham Əliyevə təşəkkür edirəm
Xarici siyasət13:29