Qəzza zolağındakı döyüşlər nəticəsində daha bir İsrail hərbçisi ölüb - YENİLƏNİB
- 16 yanvar, 2024
- 11:30
İsrail Müdafiə Ordusunun Qəzza zolağndakı döyüşlərdə yaralanan daha bir hərbçisi - ehtiyatda olan gizir Nisan Şessler ölüb.
“Report” xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.
Bildirilib ki, 21 yaşlı hərbçi dekabrın 29-da döyüşlərdə yaralanıb. O, bu gün yerləşdirildiyi hospitalda ölüb.
Məlumata görə, bununla da oktyabrın 31-dən yanvarın 16-dək Qəzza zolağında döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 190-a yüksəlib. Oktyabrın 7-dən - HƏMAS İsrailə hücum edəndən indiyədək ölən israilli hərbçilərin sayı isə 524-ə çatıb.
09:18
İsrail Müdafiə Ordusunun hərbçisi Qəzza zolağının cənubunda gedən döyüşlərdə ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.
Məlumata görə, birinci dərəcəli çavuş Nisan Şessler Qəzza zolağında döyüşlərdə ölüb.
HƏMAS-ın hücumu başlayandan - oktyabrın 7-dən indiyədək 523 israilli hərbçi həlak olub.