Qətər nüvə danışıqlarının bərpası üçün ABŞ və İran ilə əməkdaşlıq edir

Digər ölkələr
  • 29 oktyabr, 2025
  • 20:49
Qətər nüvə danışıqlarının bərpası üçün ABŞ və İran ilə əməkdaşlıq edir

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani rəsmi Dohanın nüvə proqramı ətrafında vəziyyətin həlli ilə bağlı danışıqların bərpası üçün İran və ABŞ nümayəndələri ilə fəal əməkdaşlıq etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə Nyu-Yorkda Xarici Əlaqələr Şurasının iclasında çıxışı zamanı bildirib.

"Hazırda "nüvə yarışı" yoxdur və İranın beynəlxalq hüquq çərçivəsində elektrik enerjisi istehsalı və digər məqsədlər üçün dinc nüvə proqramını inkişaf etdirmək hüququ var. Biz İsrail və İranın eskalasiyaya aparan ritorikasından narahatıq. Bu məsələ ilə bağlı danışıqları bərpa etmək üçün ABŞ və İranla birlikdə çalışırıq. Əminəm ki, ciddi danışıqlar başladıqdan sonra razılığa gələ biləcəyik", - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti