Qayanada göyərtəsində 116 nəfər olan gəmi qəzaya uğrayıb

Digər ölkələr
  • 19 iyul, 2026
  • 16:03
Qayanada göyərtəsində 116 nəfər olan gəmi qəzaya uğrayıb

MV BARIMA bərəsi Şimal-Qərb rayonuna (Barima-Waini bölgəsi) gedərkən Qayana sahillərində aşıb.

"Report"un "Demerara Waves"ə nəşrinə istinadən məlumatına görə, bu barədə ictimai məsələlər naziri Xuan Edgxill bildirib.

Onun sözlərinə görə, gəmidə təxminən 116 nəfər olub, onlardan səkkizi xilas edilib. Axtarış-xilasetmə işləri davam edir.

"Hazırda aktiv axtarış-xilasetmə əməliyyatı davam edir və biz onların təhlükəsizliyi üçün dua edirik", - o deyib.

İlkin məlumatlara görə, gəmi paytaxt Corctaundan Port-Kaytumaya gedirmiş. Xilasedicilər gəmidəkilər siqnal raketlərini yandırdıqdan sonra gəmini tapa biliblər.