Qahirədə Qəzzanın bərpasına dair keçirilməsi planlaşdırılan konfrans təxirə salınıb
- 26 noyabr, 2025
- 06:24
Noyabrın sonunda keçirilməsi nəzərdə tutulan və Qəzza sektorunun bərpasına həsr olunmuş beynəlxalq konfrans, Misirin ev sahibliyi etməli olduğu tədbir, Fələstin anklavındakı vəziyyət səbəbindən təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə "Asharq al-Awsat" qəzeti misirli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, konfrans planlaşdırıldığı kimi ayın sonunda baş tutmayacaq, daha sonra keçiriləcək.
"Bir çox ölkələr Qəzzada dağıntıların bir daha təkrarlanmayacağına dair zəmanət tələb edir. Lakin bu zəmanətlər indiyədək verilməyib və hazırda İsrailin davam edən eskalasiyası və dəfələrlə pozuntuları fonunda təqdim olunmayacaq", - o, gecikmənin səbəblərinə toxunaraq bildirib.
Bundan əlavə, mənbə qeyd edib ki, hazırda anklavın İsrail qüvvələrinin nəzarətində olan əraziləri ilə bağlı "paralel səylər" göstərilir.