Putinlə Tramp arasında telefon danışığı iki saatdan çox davam edib
- 16 oktyabr, 2025
- 21:49

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında hazırkı telefon danışığı iki saatdan çox davam edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
Onun sözlərinə görə, liderlər bir çox məsələləri müzakirə ediblər:
"Rusiya və Ukrayna arasındakı müharibəyə gəlincə, prezident onu bitirmək istəyində səmimi olaraq qalır. Odur ki, Tramp və Putin Ukrayna ətrafındakı vəziyyəti müşavirləri səviyyəsində müzakirə etmək barədə razılığa gəliblər".
Levitt əlavə edib ki, Ağ Ev rəhbəri ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında cümə günü keçiriləcək görüş münaqişənin Kiyev tərəfi ilə tənzimləmə üzrə danışıqların davamı olacaq.
Bu, ilin əvvəlindən bəri Putinlə Tramp arasında səkkizinci söhbət olub. Sonuncu, təxminən iki ay əvvəl, Alyaska sammitindən bir neçə gün sonra baş verib.
"Axios" xəbər verir ki, Amerika lideri rusiyalı həmkarı ilə danışmaq üçün Aİ nümayəndələri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü dayandırıb.