Portuqaliyada prezident seçkilərində ikinci tur təyin edilib
Digər ölkələr
- 19 yanvar, 2026
- 18:00
Sosialist Antoniu Joze Sequro Portuqaliyanın prezident seçkilərində liderlik edir, ona seçicilərin 31,1 %-i səs verib.
"Report"un Portuqaliya KİV-ə istinadən verdiyi məlumata görə, ikinci yerdə isə 23,5 % ilə sağ radikal Andre Ventura ("Cheqa" Partiyası) qərarlaşıb.
Bundan əlavə, "Liberal Təşəbbüs" Partiyasından olan Joao Kotrim Fiqeyredo 15,9 % nəticə ilə üçüncü yeri tutub.
Namizədlərdən heç biri birinci turda seçicilərin səslərinin 50 %-dən çoxunu toplaya bilmədiyindən fevralın 8-də seçkilərin ikinci turu keçiriləcək.
Beləliklə, Portuqaliya 1986-cı ildən bəri ilk dəfə və 1976-cı ildə demokratiyanın qurulmasından bu yana yalnız ikinci dəfə prezident seçkilərinin ikinci turuna çıxır.
Son xəbərlər
23:20
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
Digər ölkələr22:59
Rusiya və Hindistan sülhü qorumaq üçün qarşılıqlı olaraq qoşun göndərmək barədə razılığa gəliblər
Region22:48
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
Region22:23
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
Digər ölkələr21:55
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Elm və təhsil21:52
Tramp İranla sazişin yaxın iki gündə bağlanacağını güman edir
Digər ölkələr21:32
Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
Futbol21:13
Azərbaycan Basketbol Liqası: "Sabah" yarımfinala vəsiqə qazanıb
Komanda21:03
Foto