Pompeo senatorlarla ABŞ və Rusiya arasındakı problemləri müzakirə edəcək
Digər ölkələr
- 17 iyul, 2018
- 20:14
Bakı. 18 iyul. REPORT.AZ/ Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo senatorlarla ABŞ və Rusiya arasındakı problemləri müzakirə edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, dövlət katibi gələn həftə ABŞ Senatının Xarici Məsələlər üzrə Komitəsinin üzvləri qarşısında çıxış edəcək. Komitənin sədri Robert Korker onun çıxışının konkret vaxtını açıqlamayıb.
Amerika diplomatiyasının rəhbəri əsasən Senatda Rusiya və ABŞ arasındakı problemləri müzakirə edəcək. Onun bu çıxışının ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşdən sonra baş tutduğundan Pompeonun dövlət başçılarının görüşü barədə də danışacağı istisna edilmir.
Son xəbərlər
12:43
Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlanıb
Komanda12:38
Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir
Ekologiya12:36
Azərbaycan XİN San-Tome və Prinsipi Demokratik Respublikasını təbrik edib
Xarici siyasət12:25
Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq
Ekologiya12:15
Foto
Video
FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib
Daxili siyasət12:12
Hacıqabulda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Hadisə11:56
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi sonuncu oyununa çıxacaq
Komanda11:50
Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub
ASK11:38