Polşa Prokurorluğu sabiq ədliyyə nazirinin saxlanılmasına qərar verib

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 04:17
Polşa Prokurorluğu sabiq ədliyyə nazirinin saxlanılmasına qərar verib

Polşanın Milli Prokurorluğu keçmiş ədliyyə naziri Zbiqnev Zyobronun Ədalət Fondunda baş vermiş pozuntularla bağlı iş üzrə saxlanılması barədə qərar qəbul edib.

"Report" yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə qurumun saytında yayımlanan bəyanatda bildirilib.

"Seymdən sənədlərin alınmasından sonra prokuror Zbiqnev Z.-yə qarşı 26 cinayət törətməkdə ittiham irəli sürülməsi, onun saxlanılması və Milli Prokurorluğun binasına məcburi gətirilməsi barədə qərar çıxarıb", – deyə bəyanatda qeyd olunub. Siyasətçinin saxlanılması Polşanın Daxili Təhlükəsizlik Agentliyinə tapşırılıb.

Zyobro son zamanlar Budapeştdə olub və öz sözlərinə görə, Polşada qanun pozuntuları ilə bağlı keçirilən konfransda iştirak edib.

7 noyabrda Seym prokurorluğun müraciəti əsasında Zyobronun deputat toxunulmazlığının ləğv olunması və ona qarşı 26 ittiham üzrə cinayət təqibi aparılması üçün səs verib. Siyasətçiyə digər ittihamlarla yanaşı, "təşkil olunmuş cinayətkar qrup yaratmaq" ittihamı da irəli sürülüb. Qeyd olunub ki, Ədalət Fondunun vəsaitləri hesabına Zyobronun qərarı ilə İsrail istehsalı olan "Pegasus" casus proqram təminatı alınıb və bu proqram bir sıra polşalı siyasətçilərin dinlənilməsi üçün istifadə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti