Polşa Prezidenti: Ölkəmiz xarici nüvə silahlarının yerləşdirilməsinə açıqdır
- 17 sentyabr, 2025
- 00:43

Polşa ərazisində xarici nüvə silahlarını yerləşdirə və özünün nüvə enerjisini inkişaf etdirə bilməlidir.
"Report"un xəbərinə görə, bunu Polşa Prezidenti Karol Navrocki LCI telekanalının efirində deyib.
"Polşa Prezidenti kimi hesab edirəm ki, ölkə nüvə silahının birgə istifadəsi proqramında ("Nuclear Sharing" - red) iştirak etməlidir", - o deyib.
Prezident həmçinin əmin olduğunu bildirib ki, Polşa özünün nüvə potensialına malik olmalıdır, o, xüsusilə mülki nüvə enerjisini qeyd edib.
O, Polşanın lazımi təhlükəsizlik zəmanətlərini alması üçün hər şeyi etmək istədiyini vurğulayıb. "NATO üzvü kimi biz bu zəmanətlərdən istifadə etmək istərdik", - dövlət başçısı deyib.
Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına soxulmasından sonra Fransanın nüvə silahı daşıya bilən 3 ədəd "Rafale" qırıcı təyyarəsini Varşavaya göndərməsinə münasibət bildirən Navroçki bunu ümumi çəkindirmə potensialının bir hissəsi hesab etdiyini bildirib.