Polşa NATO sammitini qorumaq üçün Litvaya xüsusi təyinatlılar göndərəcək

Digər ölkələr
  • 30 iyun, 2023
  • 01:13
Polşa NATO sammitini qorumaq üçün Litvaya xüsusi təyinatlılar göndərəcək

Polşa hakimiyyəti iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitinin təhlükəsizliyini təmin etmək üçün Litvaya xüsusi təyinatlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.

“Polşa NATO sammitini qorumaq üçün Litvaya xüsusi təyinatlılar kontingentini göndərəcək”, - məlumatda deyilir.

Polşa hərbçiləri pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün helikopter və sistemlərlə birlikdə Litvaya gedəcək.